Üç ölkədən olan 4 nəfər Azərbaycan klubunun baş məşqçi postuna namizəddir

12 İyun 15:00 Gündəm 2 486
Üç ölkədən olan 4 nəfər Azərbaycan klubunun baş məşqçi postuna namizəddir

Premyer Liqanın ilk mövsümündə qarşısına qoyduğu məqsədə çatan «İmişli» yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq.

O, əcnəbi olacaq.

Aran təmsilçisi hazırda 4 mütəxəssislə danışıqlar aparır.

Onlardan ikisi ispaniyalıdır. Digərləri isə Xorvatiya və Ukraynadan olan çalışdırıcılardır.

Mümkün namizədlər arasında Azərbaycana gəlməyə hansı biri daha yaxındır? İki ispandan biri.

Bizdəki məlumata görə, qeyri-müəyyənliyə gələn həftə nöqtə qoyulacaq. Hər halda klub rəhbərliyi bu istiqamətdə fəal çalışır.

«İmişli» elitada keçirdiyi debüt sezonunda sürprizə imza atmağı bacarıb. Komanda doqquzuncu pilləni tutaraq, proqnorzları alt-üst edib.

Çempionatın yeni iştirakçısını ötən müddətdə Jorj Kaşkilya çalışdırıb. Portuqaliyalı mütəxəssis mayın sonunda ölkəsinə qayıdıb.

SPORTİFNO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu