AFFA-nın yeni rəhbər şəxsi bu tarixdə vəzifəyə əyləşəcək - FOTO

10 İyun 13:00 Gündəm 1 524
AFFA-nın yeni rəhbər şəxsi bu tarixdə vəzifəyə əyləşəcək - FOTO

İyunun 16-da AFFA rəsmi təqdimat keçiriləcək.

Həmin gün yeni texniki direktorun təyinatı olacaq.

Həmin şəxs Edmond Oskar Klausdur. Niderlandlı funksionerlə uzunmüddətli müqavilə nəzərdə tutulub. Çünki o, xüsusi layihə ilə tanış olduqdan sonra ölkəmizdə işləməyə razılıq verib.

56 yaşlı Klaus uzun illər Çin və Niderland Futbol Federasiyalarında, "Ayaks"ın futbol akademiyasında müxtəlif vəzifələrdə çalışıb.

O, AFFA-da Cahangir Həsənzadəni əvəz edəcək. Elxan Məmmədovun sevimli kadrının müqaviləsi yenilənmədiyi üçün aprelin 4-də qurumdan gedib.

SPORTİNFO.AZ

AFFA mühüm vəzifəyə əcnəbi gətirdi - EKSKLÜZİV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti