İslahatlar sürətli başladı - Kimlərlə yollar ayrıldı?

19 Avqust 17:00 Gündəm 1 400
İslahatlar sürətli başladı - Kimlərlə yollar ayrıldı?

AFFA-da struktur dəyişikliyi start götürüb.

Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini tutan Fərrux İsmayılov vəzifələrindən azad olunub.

Fərrux İsmayılov 2020-ci ildən Kütləvi Futbol Departamentinə rəhbərlik edirdisə, digərləri bir neçə ildir görəvdədir.

İslahatlar Media departamentindən də yan ötməyib. Sözügedən qurumun 6 əməkdaşı ilə yollar ayrılıb. Həmin işçilər sentyabrın 1-dən işə gəlməyəcəklər.

Bu, hələlik birinci mərhələdir. Ardı gələcək.

Ümumiyyətlə, cari ilin sonunadək prosesin davam etməsi gözlənilir. Nəticədə AFFA-da işçi sayının 200-dən aşağı salınması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"