Vüsal Qənbərov “İmişli”dən ayrıla bilər.
Buna səbəb 23 yaşlı futbolçu elitanın digər təmsilçilərindən aldığı təkliflərdir.
Ötən mövsüm aran təmsilçisindəki inamlı oyunu ilə diqqət çəkən yarımmüdafiəçi oktyabrda zədələnərək təxminən 6 ay yaşıl meydanlardan uzaq qalmışdı.
Keçmiş baş məşqçi Jorj Kaşkilyanın sevimli futbolçularından olan “11 nömrə” çempionatın son oyunlarında meydana çıxmaqla xoş gələcəyə ümid vermişdi.
Vüsalın sürətini və texniki imkanlarını nəzərə alan “Araz-Naxçıvan”la “Şəfa” onu heyətinə qatmağa çalışır.
Futbolçuya bu barədə məlumat verilib. Seçim etmək öx ixtiyarındadır.
Görünən odur ki, Qənbərov ab-havanı dəyişmək və daha yaxşı qazanmaq niyyəti ilə “İmişli”dən ayrılacaq.
Yeni ünvanın “Araz-Naxçıvan”, yoxsa “Şəfa” olacağını zaman göstərəcək.
HƏBİB / SPORTİNFO.AZ

