Minifutbol millimiz tarixində ikinci dəfə Avropa çempionu olub.
İlk öncə əməyi olan hər kəsi təbrik edirəm.
Uğurun arxasında aylara söykənən zəhmət yatır.
Mükafatı layiqli şəkildə verildi.
Amma niyəsə yenə əmma axtaranlar gözümə dəyir.
Əsas sual isə budur - Həvəskar idman növüdür və bizə niyə lazımdır?
Avropanın mərkəzində ölkəmizin bayrağı dalğalanır.
Ölkə xaricində yaşayan həmyerlilərimiz uşaq kimi sevinir.
Heyətdə əcnəbi kimsə yoxdur.
Hamısı azərbaycanlı balalarıdır.
Əksəriyyəti də dünənə qədər fəhləlik edən, kasıbçılıqdan gələn uşaqlardı.
Üzləri gülür, xoşbəxtdirlər.
Bu məzmunda siyahını çox uzatmaq olar.
İndi siz deyin bunun nəyi pisdir?
Belədə sizi narahat edən nədir?
Bir təbrik yazacaq qədər içi qurdlu olmayın, xəbislik etməyin.
Hər addımda neqativ qusmayın.
Olmaz, dəyməz, yaraşmaz.
Bizim uşaqlar, sizin də bu təfəkkürdə olanlara baş qoşmağınıza dəyməz. Zəfərin dadını çıxarın. Çempionluğunuz mübarək olsun!
XANOĞLAN / SPORTİNFO.AZ

