Premyer Liqaya iddialı komandanın dağılması xəbəri gəldi - SON DƏQİQƏ

14:00 Gündəm 321
Premyer Liqaya iddialı komandanın dağılması xəbəri gəldi - SON DƏQİQƏ

I Liqanın iddialılarından «Mingəçevir» fəaliyyətini dayandırmaq ərəfəsindədir.

Bu şok məlumatı saytımıza komandadan verilib.

Bir qədər öncə redaksiyamızla əlaqə saxlayan futbolçular klub rəhbərliyinin mühasib vasitəsilə onlara şok xəbəri çatdırdıqlarını bildiriblər.

«İşıqçılar»ın sözlərinə görə, qərar İdarə Heyətinin sədri Rafael Bünyatova aiddir. Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin ən yaxın adamı düşərgədə baş verən son hadisələrə görə belə fikrə düşüb:

«Mövsümün başa çatmasına iki tur qalıb. Hələ mart və aprel aylarının maaşını almamışıq.

Beş-on futbolçuya isə heç fevralın əməkhaqqısını da verməyiblər.

Bəzi klub rəsmiləri hədə-qorxu gəlir ki, məşqə və oyuna çıxmasaz, elə olacaq, belə olacaq. Bizi futboldan silməklə qorxudurlar.

Oyun satmamışıq, başqa pis iş görməmişik, bizi niyə futboldan silsinlər ki? Haqqımızı tələb etdiyimizə görə?

Mühasib komandanın sürücüsü vasitəsilə bizə xəbər göndərib ki, Rafael müəllim deyir, mən daha «Mingəçevir»ə baxmayacam, pulum yoxdur.

Deyib ki, komanda dağılsa və çempionatdan uzaqlaşdırılsa belə, geri dönməyəcək

. Vüqar Hüseynzadəyə, o biri rəhbər şəxslərə zəng vururuq, mesaj yazırıq, cavab vermirlər.

Borcu ödəsinlər, biz də geri qayıdaq. Ödəmə etməsələr, komanda həqiqətən dağılacaq».

«Mingəçevir» mövsümün geridə qalan 25 həftəsi ərzində 45 xal toplayıb.

Premyer Liqaya vəsiqə qazanmaq şansını saxlayan «işıqçılar» son iki tur öncəsi turnir cədvəlinin üçüncü pilləsində «lövbər salıb».

SRORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti