Azərbaycan klubu ispaniyalı baş məşqçi ilə anlaşdı - SON DƏQİQƏ

13:00 Gündəm 550
Azərbaycan klubu ispaniyalı baş məşqçi ilə anlaşdı - SON DƏQİQƏ

Premyer Liqada uğurlu debüt mövsümü keçirən «İmişli» yeni baş məşqçi axtarışını yekunlaşdırıb.

Saytımıza bununla bağlı son dəqiqə məlumatı daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, klub rəhbərliyi istədiyi mütəxəssisi Avropada tapıb.

Həmin çalışdırıcı ispaniyalıdır və tərəflər arasında danışıqlar uzun çəkməyib. Prineyli sükançı elitanın yeni mənsubunun şərtləri ilə çox düşünmədən razılaşıb.

Ötən ilin iyununda «İmişli»nin sükanı arxasına keçən Jorj Kaşkilya mayın axırında ölkəmizi birdəfəlik tərk edəcək.

Baş məşqçi ilə keçirilən son toplantı bu məsələyə nöqtə qoyub. Portuqaliyalı məşqçi korpusunun birillik müqavilə müddətinin yenilənməsi müqabilində maaş fondunun 50 min dollar artırılmasını tələb edib.

Avropalı mütəxəssis bildirib ki, o və köməkçiləri komandanı Premyer Liqada saxlamaq tapşırığının öhdəsindən vaxtından əvvəl gəlib və əməkhaqlarına təkrar baxılmalıdır.

Klub rəhbərliyi isə öncəki şərtlərlə kontraktın daha 1 il uzadılması təklifini irəli sürüb və belədə, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Debütant elitada keçirdiyi ilk mövsümdə 32 xal toplayıb. Aranlılar bu nəticəylə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və təhlükəli zonadan xeyli uzaqlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti