İcraçı direktor yeni sponsorla apardığı danışıqları BİZƏ AÇIQLADI

17:00 Gündəm 148
İcraçı direktor yeni sponsorla apardığı danışıqları BİZƏ AÇIQLADI

“Kluba yeni sponsorların cəlb edilməsi mövsümün əvvəlindən etibarən müxtəlif istiqamətlərdə çalışmalarımız olub.

Hazırda da bu proses davam edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Səbail”in icraçı direktoru Firuz Abdulla deyib.

Ötən ilin iyunundan bəri sponsorsuz fəaliyyət göstərən «Səbail»in həytında yeni dönəm başlayır. Artıq ilk addımlar atılıb.

Artıq klubun icraçı direktoru Firuz Abdulla «Aztürk Holdinq»in rəhbəri Güləli Bağırovla bir araya gəlib.

İlk görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər bir-birlərini əməkdaşlıqla bağlı planlarıyla tanış eləyib.

İlkin təəssürat əladır - böyük ehtimalla, anlaşma əldə olunacaq. Çünki holdinqin futbol sektoruna qoşulmaq niyyəti kifayət qədər ciddi və uzunmüddətlidir.

Bayıl təmsilçisinin funksioneri danışıqların gedişiylə bağlı bunları söyləyib:

”İki gündür mediada və sosial şəbəkələrdə ”Səbail”ə yeni sponsorun gəlməsi barədə məlumatlar yayılıb. Sözün açığı, bu istiqamətdə danışıqlar aparırıq.

Mətbuatda adıçəkilən şirkətlə ilkin söhbətimiz olub. Tanışlıq məqsədilə memorandum imzalanıb.

Hələlik orada bütün detallar öz əksini tapmayıb. Daha doğrusu, təsdiqini tapmayıb.

Yekun razılıq olacağı təqdirdə, əməkdaşlıq barədə konkret danışa bilərik”.

«Səbail» 2016-cı ilin yayında yaradılıb. Həmin il I Liqada debüt edən komanda çnmpionluq qazanıb və Premyer Liqaya buraxılıb.

2019-cu ildə isə ən böyük yüksəliş qeydə alınıb. Aftandil Hacıyevlə çempionatın bürünc medallarına yiyələnən «dənizçilər» Avropa Liqasında mübarizə aparıb.

Bir daha yada salaq - «Səbail»in yeni himayədar tapması barədə ilk xəbər bizim sayta məxsusdur ()https://www.sportinfo.az/idman_xeberleri/sebail/247626.html.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti