Premyer Liqamızdan yeni təklif alan əcnəbi baş məşqçi İKİ TƏLƏB irəli sürdü!

15:00 Gündəm 506
Premyer Liqamızdan yeni təklif alan əcnəbi baş məşqçi İKİ TƏLƏB irəli sürdü!

Premyer Liqada ilk mövsümünü geridə qoymaq üzrə olan «İmişli» Jorj Kaşkilyaya yeni müqavilə təklif edib.

2025-ci ilin iyununda debütantın sükanı arxasında Fərid Namazovu əvəzləyən portuqaliyalı növbəti sezonu da burada keçirməyə hazırdır.

Yetər ki, aranlılar onun şərtinə «hə» desin.

Nədir o şərt?

Komandanı elitada saxlamaq tapşırığının öhdəsindən gələn avropalı mütəxəssis həm özünün, həm də köməkçilərinin maaşının artırılmasını istəyib.

Kaşkilya bildirib ki, ona vaxtilə çalışdığı Çexiya da da daxtl olmaqla, bəzi ölkələrdən dəvət gəlib. Aylıq məvacibi 10 min dollardan bir qədər aşağı olan baş məşqçi 4000-5000 minlik artım umur.

«İmişli» 29 tur ərzində eyni saydla xal toplayıb. Bu nəticə komandanı turnir cədvəlinin doqquzuncu pilləsində saxlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti