Aprelin 28-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

07:00 Gündəm 145
Aprelin 28-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-16° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50% təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 18:10 Çək və bizə göndər!