«Kəpəz»in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri futbol sektoruna dönə bilər.
Altı ilə yaxın müdədtdə Gəncə təmsilçisinə başçılıq etmiş təcrübəli funksionerə iki klubdan təklif gəlib.
Onlardan biri Premyer Liqanın, digəri isə I Liqanın iştirakçısıdır. Çağırışı qəbul eləsə, rəhbər vəzifə tutacaq.
Hazırda tərəflər arasında danışıqlar gedir. Aparılan görüşmələrin nəticəsi may ayına kimi məlum olmalıdır.
İlqar Nadiri «Kəpəz»dən ötən ilin sentyabrında ayrılıb.
Onun zamanında «sarı-göylər» çətin dönəmdən üzüağ çıxıb. Nizami yurdunun təmsilçisi I Liqadan Premyer Liqaya yüksəlib.
Məhz sözügedən funksionerin gərgin əməyinin nəticəsində klub elitada yerini qorumağı bacarıb.
Risk almağı xoşlayan Nadiri şəxsi vəsaitini «Kəpəz» yolunda xərcləməyə çəkinməyib, beləcə, komandanı ayaqda saxlayıb.
SPORTİNFO.AZ


