“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan indi yaxşı dostlardır”.
Bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Mayami Universitetində keçirilən ənənəvi “Real Estate Impact” konfransında çıxışı zamanı söyləyib.
“Onları Prezident Tramp yaxınlaşdırdı. Bu, olduqca diqqətəlayiqdir”, - Uitkoff deyib.
O, sazişin ictimaiyyətin diqqətindən kənarda aparılan məqsədyönlü diplomatik səylər sayəsində sürətlə əldə edildiyini deyib. Trampın xüsusi elçisi medianın təzyiqinin olmamasının irəliləyişə kömək etdiyini qeyd edib: “Biz anlaşılmazlıqları aradan qaldırırıq... Azərbaycan və Ermənistan - biz bunun üzərində işlədik - prezident baxımından bu sövdələşmə ən asan sövdələşmə idi, çünki “New York Times”ın bundan xəbəri yox idi. Ona görə də bizim etdiklərimiz barədə pis heç nə deyə bilmədilər. Biz bu sazişi altı həftəyə əldə etdik”.

