“Yarımfinal mərhələsində mübarizə aparan bütün komandaların məqsədi finala yüksələrək kubokun qalibi olmaqdır.
Hər kollektiv üçün cəmi bir oyun qalır və istənilən nəticə mümkündür. Hər şey həmin qarşılaşmalarda müəyyənləşəcək”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
V.Sadıqov “Sabah” - “Qarabağ” oyunu barədə də fikirlərini bölüşüb:
“Düşünürəm ki, “Qarabağ” mövsümü titulsuz başa vurmamaq və nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq.
Bu mövsüm “Sabah”a qarşı oyunlarda istədiyi nəticələri hər zaman əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir”.
AFFA rəsmisi qeyd edib ki, kubok oyunlarının spesifikası nəticələri əvvəlcədən proqnozlaşdırmağa imkan vermir:
“İlk qarşılaşmaların nəticələrini də nəzərə alsaq, cavab matçlarında gərgin və rəqabətli oyunlar izləyəcəyik. “Sabah” həm çempionatda, həm də kubokda uğurlu çıxışını davam etdirmək niyyətindədir.
“Qarabağ” isə son illərin ən stabil komandalarından biridir və yenə yüksək nəticə qazanmağa çalışacaq. Ümumilikdə, şansları bərabər qiymətləndirirəm”.


