“Qarabağ” çempionluq iddiasını itərəcək, yoxsa..? - VİDEO

13:35 Gündəm 141
“Qarabağ” çempionluq iddiasını itərəcək, yoxsa..? - VİDEO

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində futbolsevərləri çempionluq yarışının taleyini həll edə biləcək qarşılaşma gözləyir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyununda son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında hazırkı turnir cədvəlinin lideri “Sabah”ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu gərgin mübarizədə Ağdam təmsilçisi birinci pillədə qərarlaşan "Sabah"ı məğlub edərək aradakı xal fərqini minimuma endirməyi hədəfləyir.

“Sabah” isə qələbə qazanacağı təqdirdə çempionluğa doğru ən böyük addımlarından birini atmış olacaq.

Hazırda "Sabah" 52 xalla 1-ci pillədə, "Qarabağ" isə 45 xalla 2-ci pillədə qərarlaşıb.

Peşəkar Futbol Liqası sözügedən matçla bağlı maraqlı anons videoçarxı hazırlayıb.

“Qarabağ” - “Sabah” matçı martın 1-də, saat 19:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti