"Kayzerslautern" 3 ay sonra Mahiri iştirak ərizəsinə qaytardı

15:40 Gündəm 94
"Kayzerslautern" 3 ay sonra Mahiri iştirak ərizəsinə qaytardı

Uzun müddətdir zədəli olan Mahir Emreli bu gün də meydana çıxa bilər.

Sportinfo.az xəbər verir ki, hücumçunun adı II Bundesliqanın 23-cü turunda "Proyssen Munster"lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var.

Emreli ehtiyat oyunçular arasında yer alıb.

Sözügedən oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Millimizin forvardı 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı II Bundesliqa matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı.

28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti