Daha əvvəl millimizin matçını idarə etdi, "Qarabağ"ın oyununa təyinat aldı

03:50 Gündəm 46
Daha əvvəl millimizin matçını idarə etdi, "Qarabağ"ın oyununa təyinat aldı

"Qarabağ" və "Nyukasl" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan norveçli hakim Espen Eskos daha əvvəl Azərbaycan millisinin matçını idarə edib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmanın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub.

Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar üç cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır.

O, cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

"Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti