“Nyukasl”a qarşı onun stadionunda oynamaq çox çətindir, amma doğma meydanda bu komanda ilə mübarizə aparmaq olar”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Əmrə Bələzoğlu Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Nyukasl” arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Vaxtilə İngiltərə klubunun da formasını geyinmiş veteran yarımmüdafiəçi sabahkı matçda “Qarabağ”a azarkeşlik edəcəyini bildirib.
“Bütün dualarım Azərbaycan təmsilçisi ilə olacaq. Komandanın yaxşı baş məşqçisi və futbolçuları var. İnanıram ki, matça yaxşı hazırlaşacaqlar.
“Qarabağ”a ancaq uğurlar arzulaya bilərəm. “Nyukasl” keyfiyyətli heyətə malikdir. Amma “Qarabağ”ın da sürpriz etmək potensialı var.
Ürəyim “Qarabağ”la döyünəcək. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Türkiyə futbolunun əfsanələrindən sayılan Əmrə Bələzoğlu 2005-2008-ci illərdə “Nyukasl”ın formasını geyinib.
O, ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter” və İspaniyada “Atletiko Madrid” kimi tanınmış komandalarda da çıxış edib.
Hazırda isə Türkiyə Superliqasında mübarizə aparan “Kasımpaşa”nın baş məşqçisidir.

