Bakı Metropoliteni fevralın 18-də Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metronu seçən azarkeşlərin oyuna rahat və təhlükəsiz gediş-dönüşünü təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə əməkdaşlar cəlb ediləcək.
Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri artırılacaq.
"Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq

