Sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Nyukasl" Bakıya doğru yola düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuatı məlumat yayıb.
Bu gün saat 20:30-da İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Haunun mətbuat konfransı təşkil olunacaq.
Daha sonra - saat 21:00-da "Nyukasl"ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi başlayacaq.
Matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

