Fevralın 16-da gözlənilən hava şəraiti açıqlandı - 20° isti olacaq

07:00 Gündəm 113
Fevralın 16-da gözlənilən hava şəraiti açıqlandı - 20° isti olacaq

Azərbaycanda fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 20:00 Çək və bizə göndər!
15 Fevral 08:50 Liqa klubunda ayrılıq