AFFA dünyaca məşhur keçmiş oyunçu ilə əlaqəli yekun qərarını verdi

15:15 Gündəm 197
AFFA dünyaca məşhur keçmiş oyunçu ilə əlaqəli yekun qərarını verdi

«Arsenal»ın məşhur sabiq oyunçusu Filipp Senderos Azərbaycanda çalışmayacaq.

Bu barədə saytımıza AFFA-dan məlumat daxil olub.

Qurumdan redaksiyamıza ötürülən informasiyaya görə, 2003-2010-cu illərdə «topçular»ın formasını geyinmiş keçmiş müdafiəçi ilə aparılan danışıqlar artıq dayandırılıb.

İsveçrəli texniki direktor postunu tuta bilərdi. Əgər görüşmələr nəticə versəydi, 40 yaşlı avropalı bu vəzifədə Cahangir Həsənzadəni əvəzləyəcəkdi.

Di gəl, tərəflərin şərtləri üst-üstə düşməyib. Məsələ maliyyə öhdəlikləri ilə bağlı deyil. Qarşıya qoyulan hədəflər ətrafında aparılan müzakirələr ciddi fikir ayrılığı yaradıb.

Həsənzadə uzun müddətdir AFFA-da çalışır. Elxan Məmmədovun kadrının qurumdan uzaqlaşdırılması gün və ya ay məsələsidir.

Xeyli zamandır yerinə namizəd axtarılır. Eks baş katibin ən yaxın adamı AFFA-nın yeni rəhbər komandasının etimadını itirdiyi üçün gedişi seçimə bağılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti