
«Sabah»ın hücumçusu Jesse Sekidikanın qardaşı Azərbaycana gəlib.
19 yaşlı Jereminin məqsədi karyerasını ölkəmizdə davam etdirməkdir.
Nigeriyalı gənc hazırda Bakıdadır və menecerlər tərəfindən I Liqanın bir neçə klubuna təklif olunub.
Son vaxtlara kimi Türkiyədə yaşayan afrikalı aşağı liqa təmsilçilərində baxışdan keçməyə razıdır.
Jeremi böyük qardaşı kimi hücumçu mövqeyində çıxış edir. Jesse 2023-cü ildən Azərbaycandadır və həmin vaxtdan bəri «Sabah»ın formasını geyinir.
«Qalatasaray»dan tanıdığımız forvardın «bayquşlar»la müqaviləsi gələn ilin yayında başa çatacaq.
SPORTİNFO.AZ