Daha bir futbolçusu ilə vidalaşmağa yaxındır - Yaponiyaya satırlar

03:50 Gündəm 296
Daha bir futbolçusu ilə vidalaşmağa yaxındır - Yaponiyaya satırlar

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u daha bir futbolçusu ilə vidalaşmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisinin müdafiəçisi Filip Uremoviç komandanı tərk edəcək.

28 yaşlı hücumçunun Yaponiya klublarından birinə keçəcəyi gözlənilir. "Hayduk" bu transferdən 1,5 milyon avro gəlir əldə edəcək.

Uremoviç ötən mövsüm "Hayduk"un son avrokubok oyununda qırmızı vərəqə aldığı üçün "Zirə" ilə ilk oyunu buraxacaq.

O, Konfrans Liqasının III təsnifat mərhələsində Slovakiyanın "Rujomberok" klubuna 0:1 hesabı ilə məğlub olduqları görüşün 90+9-cu dəqiqəsində meydandan qovulub.

"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti