
16 ildən sonra Premyer Liqaya qayıdan «Karvan» azarkeşlərini növbəti transfer xəbəriylə sevindirib.
Yevlax təmsilçisi bu gün «Ayaks»ın yetirməsini sıralarına qatıb.
Futbolun sirlərini Niderlandın ən məşhur klubunun akademiyasında öyrənmiş Şaquil Montell Sno karyerasını Azərbaycanda davam etdirmək təklifinə müsbət yanaşıb.
Müdafiənin hər iki cinahında oynaya bilən legioner «sarvanlar»la 1 illik müqavilə imzalayıb.
Sno 1996-cı il təvəllüdlüdür. Vaxtilə Paesi Bassi millisində (U-15) forma geyinib.
«Ayaks»ın gənclər kolmandasında çıxış etmiş legioner Surinam kökənlidir. Karyerası ərzində bir neçə ölkə dəyişib. Yerli «Almere» və «Telstar»da forma geyindikdən sonra Norveçdə
«Aalesund»la anlaqıb. Buradan da Bolqarıstana - «Lokomotiv Plovdiv»ə üz tutub. Həmçinin Rumıniyada «Botoşani» və «Mioveni» üçün tər töküb.
Son klubu Maltada «Gżira Yunayted» olub. 2025-ci ilk 6 ayında çıxış etdiyi «Gzira»dan yaxınlarda azad agent statusu ilə ayrılıb.
SPORTİNFO.AZ