
"Kəpəz" və "Şamaxı"nın sabiq legioneri Georgi Kantariyanın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rusiyada “Nefteximik”ə keçib.
Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kantariya son mövsümü Rusiyanın digər təmsilçisi "Sokol"da başa vurub.
Georgi Kantariya 2022-2023-cü illərdə "Kəpəz"in, 2024-cü ildə isə "Şamaxı"nın şərəfini qoruyub.
Gürcü ötən ilin yayında «Şamaxı» ilə birillik müqavilə imzalayıb, dekabrda isə buranı tərk etməli olub.
Komanda yoldaşı Adil Nağıyevlə bərabər adı oyun «alver»ində hallandığı üçün kontraktına qarşılıqlı razılıq əsasında xitam verilib.