
“Həmişə bölgələrdə futbolun olmasının tərəfdarı olmuşuq.
Amma “İmişli”dəki mövcud durum heç də qənəatbəxş deyil.
Yeni təyin etdikləri portuqaliyalı çalışdırıcıya 3 oyunluq şans tanıyacaqlar. Bəli, düz eşitdiz.
Əldə etdiyimiz özəl xəbərə görə, klub rəhbərliyi deyib ki, Xorx Kasquliya ilk 3 turda etimadı doğrultmasa, göndərib yerinə azərbaycanlı məşqçilərdən birini gətirəcəyik.
Bura poliqondur ki, alınmadısa, göndərəsiz? Bu, nə düşüncə, idarəçilikdir? Futbola münasibətdə çox ciddi problemlər mövcuddur. Baxış dəyişməlidir”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı “Professor” ləqəbli Mahmud Qurbanov olub.
Verilişdə Premyer Liqada debüt edəcək İmişli klubunda idarəçilik sarıdan yaşanan böhrandan bəhs edilib, bu istiqamətdə ciddi islahatların labüdlüyü vurğulanıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN