Portuqaliyadan bu transferi də etdilər - SON DƏQİQƏ

18 İyul 2025 11:00 Gündəm 4 251
Portuqaliyadan bu transferi də etdilər - SON DƏQİQƏ

Premyer Liqanın köhnə-yeni iştirakçılarından «Karvan» bir-birinin ardınca transferlər etməkdədir.

Yevlax təmsilçisi bu dəfə Portuqaliya bazarına üz tutub.

16 illik aradan sonra elitaya dönmüş komanda heyətini Vitor Roşa ilə gücləndirib.

Onun 29 yaşı var və mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Roşa indiyə kimi 10 klubun formasını geyinib. Onların araısnda Kiprdən «Olimpiakos» (Nikosiya) da var.

Həmçinin «Sanjoanense», «Anadia», «Oliveyrense», «Paredes», «Kondeyxa», «Uniao Madeyra», «Kinfaes», «Sertanense» və «Trofense»nin uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı