Azərbaycan klubunda yeni baş məşqçi - Köməkçilər kimlərdir?

16 İyul 2025 11:20 Gündəm 750
Azərbaycan klubunda yeni baş məşqçi - Köməkçilər kimlərdir?

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Karvan"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanı Azər Həşimov çalışdıracaq. Artıq onun köməkçiləri də müəyyənləşib.

Mütəxəssisin məşqçilər heyətinə Zaur Hacıyev (köməkçi məşqçi) və Hüseyn Məhəmmədov (qapıçı məşqçisi) daxildir.

A.Həşimov futbolçu karyerasında da "Karvan"ın formasını geyinib. Onun baş məşqçilik etdiyi son klub isə "Qaradağ Lökbatan" olub.

Bunadək "Karvan"ın baş məşqçisi Kənan Kərimov idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti