Azərbaycanda klublar çökür! "Xəzər Lənkəran", "Bakı", indi də siz..."

20 İyul 22:05 Gündəm 477
Azərbaycanda klublar çökür! "Xəzər Lənkəran", "Bakı", indi də siz..."

Azərbaycan futbolu növbəti şok xəbərlə sarsıldı.

Ölkədə fəaliyyət göstərən yeganə futbol akademiyası fəaliyyətini dayandırdı.

Söhbət "Qəbələ" Futbol Akademiyasından gedir. 20 ildi bölgədə fəaliyyət göstərən akademiya arxada qalan müddətdə Azərbaycan futboluna çox sayda futbolçu bəxş etməyi bacarmışdı.

Pisin içində ən yaxşımızı idi. Onu da itirdik.

Təbii ki, verilən qərar bütün futbol ictimaiyyətini üzdü.

Hər kəs atılan addımı kəskin qınayıb. Kimisi buna görə klubu, kimisi də AFFA-nı sərt tənqid edib.

Futbol adamlarının bəzi şərhlərini sizə təqdim edirik:

"Normalda o dediyimiz ekosistem 7-8 il öncə qurulsaydı, bu boyda akademiya yüzlərin arasından 1-2 yerli oyunçunu Avropaya, Türkiyə və körfəz ölklərinə 5-6 milyona sata bilsəydi, heç olmasa akademiya 3 il də fəaliyyətini davam etdirə bilərdi. Belçikalılar yazı-pozu etdilər və dedilər ki, stadion, akademiya lazımdır və say artmalıdır, amma olan da azalır qısılır... Tanrı kömək olsun. Ümid edirəm AFFA və ya başqa bir qurum ya da Taleh bəyin öz ətrafı bu qədər çəkilən zəhməti boşda qoymaz. Tezliklə bərpa olunmaq diləyi ilə...".

"Nə badə uşaq futboluna pul buraxasanız. Pul əsas komandaya əcnəbilərə xərcləyin".

"Çox heyif, "Xəzər Lənkəran", "Bakı" indi də siz. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası desin görək futbolçular harada yetişəcək?".

"Azərbaycan futbolu adına biabırçılıqdır. Hər dəfə uşaq futbolu deyib çar çəkir hamı. Amma nəticədə uşaq futbolu ləğv olunur. "Xəzər"in, "Bakı"nın ardınca "Qəbələ" də yavaş yavaş yoxa çıxacaq".

"Xəzər Lənkəran"dan sonrü bircə ümidimiz "Qəbələ" idi ovda, belə oldu. Regionda futbol öldü".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 20:00 Çək və bizə göndər!
20 İyul 03:50 Küveytə məğlub olduq
20 İyul 03:20 "Siyahımda kimlər var?"
19 İyul 23:20 Portuqaliya klubuna getdi