Azərbaycanda yeni qayda tətbiq edilir - Pensiyaçılara şad xəbər!

25 Aprel 2025 07:50 Gündəm 882
Azərbaycanda yeni qayda tətbiq edilir - Pensiyaçılara şad xəbər!

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir.

Bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib.

Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək:

"Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq".

Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı