GÜNÜN SUALI - “Qarabağ” və “Neftçi” üçün gözlənilən idi bu?

23 Aprel 16:20 Gündəm 276
GÜNÜN SUALI - “Qarabağ” və “Neftçi” üçün gözlənilən idi bu?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına bu gün açıqlanan təyinatları gözlənilməzliyi ilə diqqət çəkir.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsi qarşılaşmaların dəyəri və prinsipiallığını nəzərə alaraq maraqlı addım atıb.

“Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi”nin görüşlərinə Premyer Liqada fit çalan 8 referi təyinat alıb.

Matçların baş hakimləri də, dördüncü hakimlər də, VAR və AVAR da elita matçlarını idarə edən ədalət təmsilçiləri olacaq.

Oyunları müvafiq olaraq, Rəvan Həmzəzadə və İnqilab Məmmədov idarə edəcəklər. FİFA referisi Əliyar Ağayevlə Fərid Hacıyev isə dördüncü hakimlər olacaqlar.

Ağayev “Qarabağ”ın matçındakı yeganə FİFA hakimi olmayacaq. Kamal Umudlu VAR-da, sabiq FİFA referisi Rauf Cabarov AVAR-da oyunu izləyəcək.

Premyer Liqa görüşlərini idarə edən Nicat İsmayıllı ilə Tural Qurbanov digər matçda eyni funksiyaları bölüşəcəklər.

Yarımfinalın cavab oyunları sabah baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!