
Peşəkar Futbol Liqası (PFL) Bakıda yeni ünvan axtarışına çıxıb.
Bu barədə saytımıza PFL-dən məlumat daxil olub.
Qurumdan redaksiyamıza verilən informasiyaya görə, rəhbərlik AFFA-ya məxsus binanı tərk etmək qərarına gəlib. Məqsəd sərbəst şəkildə fəaliyyət göstərməkdir.
PFL mənsubları paytaxtın bir neçə hissəsinə baş çəkib, münasib bina kirayələmək niyyəti ilə müxtəlif şəxslərlə əlaqə saxlayıb. Bəyənilən yerlər var, sadəcə, qiymət məsələsində razılaşma hələ əldə olunmayıb.
Qurum 13 iyun 2008-ci ildə yaradılıb. AFFA-nın ovaxtkı prezidenti Rövnəq Abdullayev tərəfindən.
Həmin vaxt “Neftçi”nin vitse-prezidenti olan Ramin Musayev PFL-ə prezident seçilib. O, 29 iyul 2022-ci ildə vəzifəsindən istefa verib.
Elə bu tarixdə keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti postuna gətirilib.
Sözügedən şəxs AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yaxın dostudur. Amma indiki vəzifəyə gənclər və idman naziri Fərid Qayıbovun köməkliyi ilə keçib.
SPORTİNFO.AZ