Mahir AÇIQLADI - “Nürnberq”də qalır, yoxsa gedir?

28 Fevral 2025 00:50 Gündəm 678
Mahir AÇIQLADI - “Nürnberq”də qalır, yoxsa gedir?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki (Almaniya) gələcək karyerasına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, tezliklə Cənubi Koreyadan “Seul”a keçəcəyi iddia olunan 28 yaşlı futbolçu bu xəbərlərə özünün İnstaqram səhifəsindəki paylaşımında münasibət bildirib.

M.Emreli “Nürnberq”də qalacağını qeyd edib:

“Nürnberq” mənim özümü xoşbəxt gördüyüm yerdir və mən gələcək işlərimi yaxşı görmək üçün motivasiyalıyam”.

M.Emreli tam olaraq növbəti matça - “Hannover”lə oyuna kökləndiyi də vurğulayıb.

M.Emreli komandasının son 2 oyununda iştirak etməyib. Almaniya mətbuatı onun “Seul” klubuna keçə biləcəyinə dair məlumat yaymışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı