Mahir hələ götür-qoy edir - “Nürnberq”dən nə vaxt ayrılacaq?

24 Fevral 2025 22:40 Gündəm 1 004
Mahir hələ götür-qoy edir - “Nürnberq”dən nə vaxt ayrılacaq?

"Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emreli Cənubi Koreyanın “Seul” klubuna keçmək variantını hələ ki konkret qərar verməyib.

Sportinfo.az xəbər verir ki, Emreli hazırda koreyalıların təklifini götür-qoy edir.

Məhz buna görə Mahir Almaniya 2-ci Bundesliqasının 23-cü turunun “Herta” ilə oyununda (0:0) heyətdə yer almayıb.

Emreli mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı