Şamaxı stadionu hazır vəziyyətə gətirildi, oyun keçiriləcək - VİDEO

23 Fevral 2025 14:25 Gündəm 668
Şamaxı stadionu hazır vəziyyətə gətirildi, oyun keçiriləcək - VİDEO

Premyer Liqanın 24-cü turunun “Şamaxı” - “Turan Tovuz” oyunu nəzərdə tutulduğu vaxtda baş tutacaq.

Sportinfo.az xəbər verir ki, matç nəzərdə tutulduğu kimi bu gün saat 14:30-da start götürəcək.

Şamaxı şəhərinə qar səbəbindən bir neçə saat əvvəl meydança əlverişsiz vəziyyətdə olub. Lakin aparılan işlər nəticəsində meydança qardan təmizlənib və oyun üçün hazır vəziyyətə gətirilib.

Beləliklə, “Şamaxı” - “Turan Tovuz” oyunu təxirə salınmayacaq və nəzərdə tutulan vaxtda başlanacaq.

“Turan Tovuz”un oyunun təxirə salınması ilə bağlı (canlı yayımın və VAR-ın olmaması səbəbindən) Peşəkar Futbol Liqasına müraciətinə isə müsbət cavab verilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı