Yanvarın 27-də gözlənilən hava şəraiti - PROQNOZ

27 Yanvar 2025 07:00 Gündəm 612
Yanvarın 27-də gözlənilən hava şəraiti - PROQNOZ

Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?