COP29

Dekabrın 7-də gözlənilən hava şəraiti - Yağış yağacaq

7 Dekabr 2024 07:00 Gündəm 281
Dekabrın 7-də gözlənilən hava şəraiti - Yağış yağacaq

Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətlik fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.

Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti proqnozlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…