
İyulun 25-də Avropa Konfrans Liqasındakı üç təmsilçimizin hamısı eyni gündə meydana çıxacaq.
“Sabah” Macarıstanda “Makkabi Hayfa” ilə qarşılaşacaqsa, “Zirə” “Dalğa Arena”da “DAC 1904”ü, “Sumqayıt” Mehdi Hüseynzadə adına stadionda “Fehervar”ı qəbul edəcək.
İndiki məqamda azərbaycanlı futbolsevərləri maraqlandıran sual stadiona gedə bilməyənlərin oyunları hansı telekanalda izləyəcəyidir.
Narahatlığa gərək yoxdur. Oyunlara canlı yayım vasitəsi ilə fərqli kanallarda baxa biləcəksiniz.
“İctimai” TV (İTV) “Sabah” – “Makkabi Hayfa” (21:15) görüşü üçün Macarıstandan birbaşa yayım təşkil edəcək və oyun Bakıdan şərh olunacaq.
“CBC Sport” ötən həftə olduğu kimi, bu dəfə də kameralarını “Dalğa Arena”da bərkidərək “Zirə” – “DAC 1904” (20:30) qarşılaşmasını göstərəcək.
“Sumqayıt” – “Fevehvar” (20:00) duelini “İdman” TV efirə daşıyacaq.
HƏBİB / SPORTİNFO.AZ