COP29

"Qarabağ"ın önünə çıxacaq - "Braqa"nın məşhur futbolçusu sağaldı

21 Fevral 12:40 Gündəm 1 121
"Qarabağ"ın önünə çıxacaq - "Braqa"nın məşhur futbolçusu sağaldı

"Braqa" Avropa liqası pley-ff mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Portuqaliya təmsilçisinin futbolçusu Bruma zədəsini sağaldıb və komandaya qoşulub.

29 yaşlı vinger Bakıya gələn heyətə daxil edilib.

Kapitan Rikardo Orta isə zədəlidir və "Qarabağ"a qarşı oynamayacaq.

"Qarabağ" - "Braqa" qarşılaşması 22 fevral tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"