Yığmamız bu gün Tallində özünü tək-tənha hiss etməyəcək

13 Oktyabr 2023 16:40 Gündəm 653
Yığmamız bu gün Tallində özünü tək-tənha hiss etməyəcək

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tur oyununa çıxacaq.

Yığmamız Estoniyanın qonağı olacaq.

Tallində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AFFA-dan Sportinfo.az-a verilən məlumata görə, millimiz "A. Le Koq Arena"da baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaq.

Avropada fəaliyyət göstərən «Milli Dəstə»nin üzvləri artıq buradadır. Həmçinin ölkəmizin bu səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri stadiona təşrif buyuracaq.

Ümumiyyətlə, arenaya toplaşan həmyerlilərimizin sayının 100 nəfəri keçəcəyi gözlənilir.

Bu komandaların Bakıdakı oyununda qalib müəyyənləşməyib. Hazırda hər iki kollektiv bir xal toplayıb. Azərbaycan qrupda dördüncü, Estoniya beşincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti