Pensiyalar ən azı bu qədər artacaq - AÇIQLAMA

23 Sentyabr 16:30 Gündəm 550
Pensiyalar ən azı bu qədər artacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi 2024-cü il üçün dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərin 5 % artırılacağını açıqlayıb.

Bu da öz növbəsində gələn ildən pensiyaların artıb-artmayacağı barədə müzakirələri gündəmə gətirib.

Bununla bağlı pravda.az-ın suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, pensiyaların artırılmasının sosial müdafiə və sosial təminat üzrə xərclərin artımı ilə əlaqəsi yoxdur.

“Pensiyaların artırılması ölkə üzrə cari ildəki orta aylıq əmək haqqının artım faizi ilə tənzimlənir. Hələlik, bu il orta aylıq əmək haqqında, təxminən, 11% artım qeydə alınıb. İlin sonuna qədər, bəlkə, bir az da artar. Yəqin ki, bu rəqəm indeksləşdirilərək gələn il də bütün pensiyalar artırılacaq.

Yəni gələn il pensiyaların sığorta hissəsində artım nəzərdə tutulur, amma neçə faiz olacağını biz ilin sonuna yaxın biləcəyik. Hər halda 10%-dən aşağı olmayacaq”, - komitə sədri deyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."