Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq "Beşiktaş" Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki,İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

