“Beşiktaş” İstanbulda məşqə çıxır, sonra Bakıya gəlir - Bu gün

12 May 2023 11:20 Gündəm 701
“Beşiktaş” İstanbulda məşqə çıxır, sonra Bakıya gəlir - Bu gün

“Sabah”la xeyriyyə oyunu keçirəcək “Beşiktaş” bu gün Bakıya gələcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxacaq.

Saat 15:00-da isə komanda Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”