Azərbaycanda məşhur futbol obyekti yeni yaradılmış kluba verilir

12 May 2023 11:40 Gündəm 1 617
Azərbaycanda məşhur futbol obyekti yeni yaradılmış kluba verilir

Azərbaycan Sənaye Koorporasiyasının (ASK) nəzdində olan «ASK Arena»nın adının dəyişdirilməsi gözlənilir.

Artıq bununla bağlı görüşmələr başlayıb. Müxtəlif səviyyəli qurumlar tərəfindən dəstəklənən «İrəvan»ın ASK ilə danışıqları, böyük ehtimalla, müsbət yekunlaşacaq.

Stadionun «İrəvan Arena» adlandırılması istisna olunmur. Bakının mərkəzində yerləşən arena və bazanın 2 il öncə yaradılmış klubun uzunmüddətli icarəsinə verilməsi planlaşdırılır.

Region Liqasının sıralarında yer almış «İrəvan»ı bu yaydan etibarən birinci dəstə mənsubları arasında görəcəyik.

Qərbi Azərbaycanın paytaxtınıın eyniadlı təmsilçisinin bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına ünvanladığı müraciət müsbət cavablandırılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti