Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Fiorentina" İtaliyada İsveçrə "Bazel"ini qəbul edəcək. Digər matçda isə Niderlandın "AZ Alkmaar" klubu İngiltərədə "Vest Hem"in qonağı olacaq.
Komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.
11 may
23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, "Artemio Franki" stadionu
23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, "London" stadionu

