İcraiyyə Komitəsi Premyer Liqada klub sayını nə vaxt açıqlayacaq?

8 May 2023 11:40 Gündəm 1 149
İcraiyyə Komitəsi Premyer Liqada klub sayını nə vaxt açıqlayacaq?

AFFA İcraiyyə Komitəsi (İK) bu həftə ərzində növbəti toplanıtısını keçirəcək.

Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, qurumun ali orqanı budəfəki yığıncağında növbəti mövsümlə bağlı gündəlikdə olan məsələlərə aydınlıq gətirəcək.

Bura Premyer Liqanın iştirakçı sayı və reqlamenti, I Diviziona buraxılacaq Region Liqası təmsilçilərinin adlarının müəyyənləşməsi, birinci dəstə və əvəzedicilərin çempionatında tətbiq olunacaq yaş/legioner limiti daxildir.

Həmçinin dövlət tərəfindən Premyer Liqa və I Divizion klublarına ayrılacaq birillik yardım paketininin bölüşdürülmə tələbləri İK-nin iclasında masaya yatırılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti