Şövıkət Orduxanov adına Qusar şəhər stadionunda yenidənqurma prosesi bərpa olunub.
Sportinfo.az-ın əməkdaşı arenaya baş çəkib və görülən işləri fotoaparatının yaddaşına köçürüb.
Reportyorumuz öyrənib ki, burada cəmi bir neçə nəfər çalışır. İşçi qüvvəsinin tam tərkibdə burada olmaması isə maliyyə çatışmazlığı ilə əlaqədardır.
Belə ki, «Azərenerji» ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus şirkət əməkdaşlarının aylıq ödəmələrini gecikdirir.
Stadionda ümumi vəziyyət qənaətbəxş deyil. Bu minvalla Qusar gələn mövsüm də böyük futbola həsrət qalacaq.
Rayonun iki komandası - «Qusar» və «Şirvanovka» Region Liqasının yarışmasının iştirakçıları arasındadır.
Əgər AFFA onlardan birini I Diviziona buraxmaq istəsə, ev oyunlarını doğma məkanda keçirmək mümkün olmayacaq.
«Şövkət Orduxanov»da görülməsi gərəkən o qədər iş qalıb ki…
Tısbağa sürəti ilə aparılan yenidənqurma ən yaxşı halda 4-5 ildən sonra yekunlaşa bilər.

