"Vilayət Eyvazov bu klubun fəaliyyətini bərpa eləməsinə razılıq verər" - VİDEO

4 May 2023 11:40 Gündəm 5 248
"Vilayət Eyvazov bu klubun fəaliyyətini bərpa eləməsinə razılıq verər" - VİDEO

«AFFA Daxili İşlər Nazirliyinə müraciət etməlidir».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Uzun illər öncə fəaliyyətini dayandırmış «Dinamo»nun yenidən bərpa edilməsinin vacibliyini gündəmə gətirən «Qarabağ»ın sabiq funksioneri bu işdə federasiyanı təşəbbüskar olmağa səsləyib.

Bildirib ki, AFFA-nın baş katibi Sərxan Hacıyev irəli sürülən ideyanı dəstəkləməli, daxili işlər naziri Vilayət Eyvazovla görüşməli, «Dinamo»nun futbol sferasına qayıdışının əhəmiyyətini anlamlı şəkildə ona izah etməlidir.

Abbasov deyib ki, əgər AFFA bu işin mahiyyətini qarşı tərəfə düzgün çatdıra bilsə, cənab nazir futbolun inkişafı naminə lazım olan addımı atacaq.

O, uzun illər «Dinamo»da rəhbər vəzifələrdə çalışmış Yaşar Seyidovun təkrar bu klubun başına gətirilməsini də təklif edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti