“Bundan sonra futbolda işləmək fikrim yoxdur“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
Yarandığı gündən PFL-ə rəhbərlik etmiş və 14 il ərzində ölkə çempionatının “drijor“u olmuş, 2022-ci ilin yayında isə vəzifədən getmiş sabiq funksioner bir daha bu sahəyə dönmək istəmədiyini bildirib.
Bu qurumdan öncə “Neftçi“də vitse-prezident postunu tutmuş R.Musayev söyləyib:
“Şəxsi biznesim var, onunla məşğulam. Futbolla qurtardım“.

