"Qarabağ bir qapıdır, bundan sonra Ermənistana gedən yol açılır"

4 May 2023 16:30 Gündəm 919
"Qarabağ bir qapıdır, bundan sonra Ermənistana gedən yol açılır"

"Azərbaycan əslində ən mühüm məqsədlərindən birini - Ermənistanı Qarabağla birləşdirən dəhlizdə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını reallaşdırdı.

Ermənistan hakimiyyəti isə bunun qarşısını almaq və təhlükəsizlik problemlərini təmin etmək üçün ciddi addımlar atmadı".

Bu sözlər Ermənistan parlamentində "Şərəf duyuram" fraksiyasının katibi Tiqran Abramyan tərəfindən səsləndirilib.

“Ermənistan hakimiyyəti Qarabağ məsələsini özlərindən uzaqlaşdırmağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Artıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə” məsələsi gündəm deyil, bu da Azərbaycan üçün sərhəddə keçid və gömrük məntəqinin qurması üçün əlverişli sahə yaratdı. Qarabağ bir qapıdır, bundan sonra Ermənistana gedən yol açılır”,-deyə erməni deputat bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti